Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Karyera forumu” layihəsinin ikinci mərhələsi başa tutub.
Layihənin bu mərhələsinin qonağı olan təlimçi Arzu Qarazadə iştirakçılara “Effektiv rezüme hazırlığı” mövzusunda əhatəli və praktik məlumatlar təqdim edib. Təlim zamanı tələbələr CV və rezümenin əsas fərqləri, hər birinin məqsədi və strukturu haqqında geniş bilgilər əldə ediblər. Təqdimatda “CV və rezüme nədir”, “Düzgün CV necə hazırlanmalıdır”, “İşəgötürənlərin diqqətini necə cəlb etmək olar” mövzuları ətrafında geniş müzakirələr aparılıb və real nümunələr üzərində analizlər edilib.
Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.