Previous Next

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

Rektor professor Cəfər Cəfərov Azərbaycanda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Robot Olimpiadasında Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil edərək “Mega Sumo” və ”Line folowing” kateqoriyalarında müfafiq olaraq II və III yerlərə layiq görülən "Farad" komandasının üzvlərini qəbul edib.

Görüşdə Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, ADPU-nun ELmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərastun Mehdiyev və komandanın üzvləri Həsənova Nərmin, Şəfiyev Uğur, Cəfərova Tünzalə, Hacılı Əsmər və Qəfarova Zeynəb iştirak edib.
Görüşdə prof. C.Cəfərov gənclərin intellektual səviyyəsinin yüksəldilməsində STEAM Mərkəzinin əhəmiyyətindən danışıb və elmin yüksək pilləsinə qalxmaq üçün nəzəriyyə və praktikanın vəhdətini vurğulayaraq qalib tələbələri təbrik edib.
Eyni zamanda bu uğura imza atan fakültənin gənc tədqiqatçı müəllimlərindən olan, f.f.d. Vəfa Abdurahmanovanın əməyini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search