Previous Next

İkili diplom proqramına qəbul olunmuş tələbələrin Yay İnsitutu işə başladı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil siyasəti və idarəetməsi” üzrə ikili diplom magistr proqramı üzrə 2022-ci ildə magistratura qəbul edilmiş tələbələrə Yay İnstitutu işə başladı.

 

2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilmişdir.
Belə ki, müvafiq beynəlxalq proqrama qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və müvafiq DİM magistartura imtahanı vermiş 120 nəfər namizədin Corc Vaşinqton Universitetinin tələbə qəbulu ofisi tərəfindən ilkin seçimi aparılmış və 56 nəfər müsahibə mərhələsinə keçmişdir. Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndələri 6-24 iyun 2022-ci il tarixlərində Bakıda 56 nəfər namizədlə müsahibə apararaq, ən layiqli 40 nəfəri müəyyən edilmişdir.
İyul ayının 26 Bakıda şəhərində işə başyalan ikili diplom proqramına yeni qəbul olmuş magistarantlar üçün Yay İnstitutunun açılışda ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin professoru Dr. Colin Green, Corc Vaşinqton Universiteti tərəfindən proqramın direktoru Sevinc Məmmədova və ADPU tərəfindən proqramın direktoru Tofiq Əhmədov iştirak etmişdir. Üç gün davam edəcək tədbirdə magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, qiymətləndirmə meyarları, tədqiqat və təcrübə proqramları haqqında məlumat veriləcək və sualları cavablandırılacaq.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu proqramdan cari ildə ilk 22 nəfər məzun olmuş və növbəti tədris ilində proqramda iki kursda cəmi 65 nəfər sentyabrın 15-də dərsə başlayacaqdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search