Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr edilən Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) 16-17 dekabr 2025-ci il tarixlərdə keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan ölkə və ya xaricdəki ali təhsil, elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, Azərbaycanda yerləşən ali təhsil, elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Ətraflı: https://shorturl.at/C0Ayc