Previous Next

Humanitar Kollec tələbələrinin ADPU-dakı təcrübələri uğurla başa çatıb

İyulun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Kitabxana işi ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin diplomqabağı təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov tələblərlə görüşüb, daha sonra tədbir Kitabxana-İnformasiya Mərkəzində davam etdirilib.

Tədbirdə tələbələrin təcrübə rəhbərləri, metodist müəllimlər - Hacıyeva Elnarə, Həşimova Nuranə və ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak ediblər. 

Çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, təcrübədə olan tələbələrə yüksəkixtisaslı, peşəkar müəllimlər rəhbərlik edib. Təcrübə müddətində tələbələrin kitabxananın bazasından, texniki sənədlər və infrastrukturdan istifadə etməsinə imkan yaradılıb, həmçinin tələbələr iş prosesi ilə yaxından tanış olaraq praktik biliklər əldə ediblər. Təcrübəçi tələbələr müəssisə rəhbərliyi, eləcə də fənn müəllimləri və təcrübə rəhbərlərinin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.  

Daha sonra tələbələrin ifasında şeir nümunələri səsləndirilib. 

Sonda təcrübə müddətində fərqlənən tələbələrə müvafiq “Təşəkkürnamə”lər təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search