Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Qərarvermə, problem həll etmək və risk menecment” adlı təlim təşkil edib.
I dərəcəli dövlət qulluqçusu, dosent Afaq Hüseyn tərəfindən keçirilən təlim zamanı iştirakçılara qərarvermənin xüsusiyyətləri, qərarın növləri, qərarın qəbul edilməsi prosesi, doğru qərar verməyə mane olan faktorlar, qərar qəbuletmə modelləri və texnikaları, həmçinin, risk, risklərin təsnifatı və müəyyənləşdirilməsi, risklərin idarə edilməsi üsulları, strategiyası, siyasəti və taktikası barədə məlumat verilib.