İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu dünyanın aparıcı onlayn təhsil platforması olan “Coursera” ilə birgə “4SİAkademiyası” çərçivəsində Milli Proqrama start verirlər. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir.
Proqram çərçivəsində, “Coursera” platformasında 8000-dən çox kurs tamamilə ödənişsiz istifadəçilərə təqdim olunur. Platformada 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı, ən çox tələb olunan 10 kurs isə səsli formada dublyaj edilərək istifadəyə veriləcək.
Yaşından və iş yerindən asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı mərhələli şəkildə 6 həftəlik lisenziyalarla bu proqramdan istifadə edə bilər.
Milli Proqram çərçivəsində təqdim olunan kurslar dünyanın 300-dən çox tanınmış universiteti və aparıcı şirkətləri tərəfindən hazırlanıb. İstifadəçilər süni intellekt, data analitikası, blokçeyn, əşyaların interneti, kibertəhlükəsizlik, biznes və layihələrin idarəolunması, maliyyə, kənd təsərrüfatı və bir çox sahədə biliklərini artıra biləcəklər.
Proqrama maraq göstərən vətəndaşlarımız üçün 4-cü kohorta qeydiyyat prosesi davam etməkdədir. 4-cü kohort üzrə proqram 5 avqust tarixində başlayaraq 6 həftəlik bir dövrü əhatə edəcəkdir. Proqrama maraqlı olan tələbə və əməkdaşlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat: https://form.4sim.gov.az/
Milli Proqram barədə ətraflı video məlumat: https://youtu.be/IbZWF1-g5ko?si=nnHPybc1-5ZtlL7C
Qeydiyyat formu üzrə izahlı video təlimat: https://youtu.be/HKEzMRhev8c?si=iXDzbrAUc27YCToK
Əlaqə nömrəsi: + 99412 310 28 00 (daxili 2306)