Prezident İlham Əliyev Sərəncamı ilə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin, eləcə də tələbələrə verilən Prezident təqaüdünün məbləği artırılıb.
Sərəncama əsasən yeni təqaüd məbləğləri:
Doktorantura səviyyəsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat.
Magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat.
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat.
Orta ixtisas təhsili üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat.
Peşə təhsili üzrə:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat müəyyən edilib.
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği isə 275 manatdan 350 manata yüksəldilib.
Qeyd edək ki, yeni təqaüd məbləğləri 2025-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.