Previous Next

Əziz abituriyent!

Əziz abituriyent!

Sən də peşəkar müəllim olmaq istəyirsən??
Doğru ünvandasan. Çünki vətənimizin parlaq gələcəyini yetişdirən gənc müəllimlər məhz Azərbaycan Dövlət Pedaqoji Universitetində hazırlanır.

Pedaqoji Universitetin 100 illik təcrübəsini müasir dövrün çağırışları və durmadan yenilənən laboratoriyaları, auditoriyaları, kitabxanası və yataqxanasının geniş imkanları ilə birləşdirən professional pedaqoq-alimlərindən dərs alaraq işinin peşəkarı olacaqsan.

Azərbaycanın ən böyük və köklü universitetlərindən biri olan ADPU Bakıdakı 4 korpusu, kolleci, baza məktəbi, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabaddakı 5 filialı ilə ölkə üzrə tələbələr üçün geniş ali təhsil imkanları yaradır.

Sən də 22 ixtisas üzrə Azərbaycan, rus, yaxud ingilis bölmələrində, həmçinin SABAH qruplarında təhsil ala, geniş təqaüd imkanlarından yararlanaraq "Gələcəyin müəllimi", universitet birincisi, əlaçı və adlı təqaüdlərinə sahib ola, Erasmus+ və Mövlanə proqramları ilə xarici universitetlərdə mübadilə proqramlarına qatıla, rəngarəng sosial həyata qarışa, özünü elmdə və ictimai həyatda fəal şəkildə inkişaf etdirə bilərsən.
Necə?
Əlbəttə ki Pedaqoji Universitetin tələbəsi olmaqla.
18 000 nəfərlik ailənin növbəti üzvü sən ola bilərsən.

ADPU - 1921-ci ildən təhsilimizin keşiyində!!!

Daha çoxu üçün BİZİ İZLƏ, BİZDƏN SORUŞ:

(İxtisas seçimi, tələbə qeydiyyatı və universitetlə bağlı ətraflı məlumat və s.)

📍Bakı ş.,Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000
☎️ (+994 12) 493 00 32
📠 (+994 12) 598 37 71
🌐 www.adpu.edu.az
📧 Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
📱facebook.com/adpu.eduaz
📱instagram.com/adpu.eduaz
📱t.me/adpu_edu
📱twitter.com/adpu_edu
🎞️ Youtube.com/adputv

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search