Previous Next

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qudsi Osmanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin qonağı olub.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qudsi Osmanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin qonağı olub.

ADPU-nun rektoru Cəfər Cəfərov və Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qudsi Osmanov arasında görüş keçirilmişdir.
Görüşdə həmçinin səfirin köməkçisi Nigar Məmmədova və ADPU-nun Strateji inkişaf üzrə rektorun müşaviri Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova iştirak etmişdir.
Görüşün əvvəlində ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin tarixi, strukturu və universitetdə aparılan islahatlar barədə danışdı. Görüş zamanı səfir Qudsi Osmanov və professor Cəfər Cəfərov ADPU və Kişinyov şəhərində yerləşən Ion Kryanqe adına Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığın qurulması barədə müzakirələr apardılar. Görüşün sonunda səfir universitetlə tanış oldu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search