Previous Next

STEAM təlimi keçirilib!

1 sentyabr 2022-ci il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı  ilk təlim keçirilib. Təlimdə  ADPU-nun rektoru prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov,  ADPU-nun STEAM Mərkəzinin rəhbəri dos. Arzu Daşdəmirov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Cəlilova və STEAM Mərkəzinin əməkdaşları iştirak edib. “STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda baş tutan təlimi ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva aparıb. İştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, mobil əsaslı öyrənmə (MBL) , problemlə əsaslı öyrənmə (PrBL),, sorğu əsaslı təlim (IBL), STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verilib. Təlimdə ümumilikdə 34 nəfər olmaqla  ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin