Previous Next

Pedaqoji Universitetdə fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanları keçirilir

Sentyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru proqramı üzrə 2022-ci il üçün fəlsəfə fənnindən doktoranturaya  qəbul imtahanları keçirilib.

İmtahanlarda fəlsəfə doktorluğu proqramı üzrə  ümumilikdə 9 ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müraciət etmiş və xarici dil imtahanından uğur qazanan 73 nəfər iddiaçı iştirak edib.

Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov imtahan iştirakçılarına uğur arzulayaraq imtahanların təşkili ilə bağlı 30 avqust 2022-ci il tarixində əmr imzalandığını və əmrə əsasən, qəbul aparılacaq hər bir ali məktəbdən bir nümayəndənin daxil olduğu imtahan komissiyasının təşkil edildiyini diqqətə çatdırıb.

İmtahan komissiyasının sədri, universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, ADPU Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanlarını təşkil etmək hüququ verilən üç ali təhsil müəssisəsindən biridir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search