Previous Next

UNİCEF-in beynəlxalq experti Alexandra Kortazar və təhsil üzrə mütəxəssisi Leyla Həsənova ADPU-nu ziyarət edib.

 

Sentyabrın 13-də ADPU-nun Tədris İşləri Üzrə prorektoru Eldar Aslanov və Beynəlxalq Əlaqlər Şöbəsinin müdiri Günay Məhərrəmova ilə UNİCEF-in beynəlxalq experti Alexandra Kortazar və təhsil üzrə mütəxəssisi Leyla Həsənova arasında görüş keçirilib.

Görüşün ikinci hissəsində Məktəbəqədər Təhsil Fakültəsinin dekanı dos. Nailə Hüseynova, p.e.d. Şərafət Baxışova, p.f.d. Vüsalə Əliyeva, p.f.d. Nigar İsmayılova, müəllim Şəkər Orucəliyeva və Tədris Mərkəzinin şöbə müdiri p.f.d. Xalidə Həmidova tədbirə qatılaraq, Azərbaycan təhsil sistemində məktəbəqədər hazırlıq proqramı və  kurrikulumu mövzusunda qonaqlarla birgə müzakirələr apardılar.

Görüşdə həmçinin pedaqoji proqramların hazırlanmasında istifadə olunan metodikalar, ənənəvi metodikalara müasir metodikaların inteqrasiyasının vacibliyi , kadrların hazırlanması istiqamətində intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşması kimi mövzulardan bəhs olundu. Daha sonra iştirakçılar məktəbədər təhsil proqramının və məktəbəqədər təhsil müəllimləri üçün keçirilən təlimlərin keyfiyyəti, təlimlərin zəif və güclü tərəfləri barədə müzakirələr apardılar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin