Previous Next

ADPU-nun builki məzunlarının məşğulluğu 71 faiz təşkil edib!

Sentyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

Əvvəlcə sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələrinin dövlət sərhəddi boyu genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov qeyd edib ki, qüdrətli Azərbaycan ordusu hiyləgər düşmənə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğ”unun yerində olduğunu bir daha göstərdi və düşmənə “Qətiyyətli cavab” verdi.

Pedaqoji Universitetin yeni tədris ilinə hazırlaşmasından danışan rektor qeyd edib ki, universitetdə son illərdə aparılan ardıcıl islahatların nəticəsində bu il ilk dəfə olaraq 2470 nəfərlik qəbul planı 100 faiz dolub, müəllimlik ixtisaslarının ümumi nüfuzu xeyli yüksəlib.

O, deyib ki, son 6 il ərzində universitetin qəbul planı 2200 nəfərdən 2470-ə yüksəlməklə yanaşı qəbul planının tam dolması da artan keyfiyyətin göstəricidir.

Prof. C.Cəfərov Nazirlər Kabinetinin qərarı ilə ADPU-nun artıq publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəyini və bununla bağlı zəruri addımların atıldığını bildirib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, ali təhsil müəssisəsində kəmiyyət və keyfiyyət artımının təmini istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində həm universitetə qəbulda, həm də məzunların məşğulluğunun təmin edilməsi sahəsində real müsbət dinamika müşahidə olunur. 

Prorektor bildirib ki, cari ildə universitetdən məzun olan təxminən 1969 nəfərin 71 faizinin məşğulluğu təmin olunub. Xatırladaq ki, ötən il bu göstərici 63 faiz təşkil edirdi. Onlar əmək bazarına atılaraq bir qismi MİQ vasitəsilə dövlət ümumtəhsil məktəblərində, bir qismi özəl təhsil müəssisələrində, digər qismi isə qeyri-pedaqoji dövlət və özəl təşkilatlarda fəaliyyət göstərir, habelə, məzunlardan 390 nəfər (20 faizi) magistratura səviyyəsində ölkəmizdə və xaricdə (52 nəfəri) təhsillərini davam etdirirlər ki, onların seçdikləri xarici ölkələrin içərisində Türkiyə, ABŞ, İtaliya, Almaniya, Cənubi Koreya, İsrail kimi ölkələr yer alır.

Dos. E.Aslanov bildirib ki, cari ildə həm ADPU-nun qəbul planı, həm də Pedaqoji Kollecin 11 illik bazada qəbul planı 100 faiz dolub, o cümlədən magistratura səviyyəsində təxminən 399 nəfərlik plan yeri 93 faiz dolub. E.Aslanov xüsusilə vurğulayıb ki, bu il universitetə qəbul olunan tələbələrin 70 faizi dövlət hesabına təhsil alacaq.

Məruzədə qeyd olunub ki, ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə görə ölkə üzrə təhsil ixtisaslarına ayrılan 10298 plan yerinin 25 faizi Pedaqoji Universitetin payına düşür və ADPU payı daha da artırmaq istiqamətində uğurlu fəaliyyət göstərir.

ADPU-da təlim mühitinin və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasından danışan prorektor diqqətə çatdırıb ki, son 6 il ərzində professor-müəllim heyətinin əmək haqqında təxminən 34-43 faiz arası artım olub və əmək haqqının mütəmadi artırılması, həmçinin maddi-texniki təchizatın yaxşılaşdırılması üçün tədbirlər davam etdirirlir. Cari tədris ilindən etibarən auditoriyalarda yeni ağıllı lövhələrin quraşdırılmasına başlanılıb.

Yekunda dos. E.Aslanov qeyd edib ki, hazırda ADPU-da institusional və proqram akkreditasiyası, universitetin 2030-cu ilədək olan strateji planının təsdiqi kimi mühüm vəzifələrin icrası üzərində iş aparılır.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxışında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-da Təşkilat Komitəsinin yaradılması haqqında məlumat verib.

Daha sonra rektorun müşaviri Ümid Mehdiyev ADPU-nun 2022/2023-cü tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında məruzə edib.  Məruzədə universitetdə aparılan struktur optimallaşdırmaları haqqında məlumat verib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search