Previous Next

Fizika fakültəsində yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib!

ADPU-nun Fizika fakültəsində universitetə yeni qəbul olmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, tədris işləri üzrə dekan müavini dosent Xankişi Məmmədov, elmi işlər üzrə dekan müavini dosent Qalıb Şərifov, sosial və humanitar işlər üzrə dekan müavini dosent Xatirə Adgözəlova, Əməyin texnologiyası kafedrasının müdiri dosent Səadət Musayeva iştirak edib.
Çıxış edən fakültə dekanı dosent Arzu Daşdəmirov universitetə yeni qəbul olumuş tələbləri təbrik edərək onlara uğurlat arzulayıb. Dekan müavini dosent Qalıb Şərifov ADPU-nun strukturu, məqsəd və hədəfləri, beynəlxalq əlaqələri, fakültənin fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra I kurs tələbələrinə məsul olan tyutor Gülnar Məmmədova semestr ərzində tədris prosesi, qiymətləndirmə, kredit sistemi haqqında çıxış edib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search