Previous Next

Tarix və coğrafiya fakültəsində oriyentasiya görüşündə şəhidlərimiz anılmışdır!

ADPU-nun Tarix və coğrafiya fakültəsində tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi və sosial iş ixtisaslarının I tədris ili tələbələri üçün oriyentasiya görüşləri keçirilmişdir.
Tələbələrlə görüşdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, fakültə dekanı dosent Asif Axundov, dekan müavinləri Habil Əliyev, Səmayə Həsənova, Paşa Quluzadə və tyutorlar iştirak etmişlər.
Orientasiya görüşündən əvvəl prorektor prof. A. Zamanov fakültə rəhbərliyi ilə birgə auditoriyarda I kurs tələbələri ilə görüşmüş, cəbhəəd baş verən son hadisələrdən, Ermənistan tərəfinin genişmiqyaslı təxribatlarından və münaqişənin tarixindən bəhs etmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tarix və coğrafiya fakültəsinin böyük akt zalında oriyentasiya görüşü davam etdirilmişdir. Fakültənin dekanı dos. A. Axundov universitetin və fakültənin tarixi haqqında məlumat verərək tələbələri kafedra müdirləri ilə tanış etmişdir.
Daha sonra dekan müavini S. Həsənova tələbələrə tədrislə bağlı bilməli olduqları terminlər, fakültənin strukturu, kitabxana, beynəlxalq əlaqələr, ikili diplom proqramları, fakültənin tanınmış məzunları haqqında məlumat vermişdir.
Tyutor Günel Əmilova imtahan və qiymətləndirmə sistemi, təqaüdlər, davamiyyət və digər zəruri məsələlər haqqında danışmışdır.
Fakültənin sosial iş ixtisası üzrə məzunu Elmir Abbasov IV kursun son semestrində tələbə mobilliyi proqramı vasitəsilə Danimarkanın Kopenhagen Universitet Kollecində (KP) təhsil alması ilə bağlı öz təcrübələrini yeni tələbələrlə paylaşmışdır.
Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Lalə Allahverdiyeva və ADPU Təhsil Könüllüləri İctimai Birliyinin fakültə üzrə sədri Seyranə İbrahimova çıxış edərək təşkilatların fəaliyyəti, strukturu, həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verərək tələbələri əməkdaşlığa dəvət etmişlər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin