Previous Next

Filologiya fakültəsinin rəhbərliyi xarici dil müəllimliyi ixtisasına yüksək balla qəbul olunan tələbələrlə görüşüb!

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsində xarici dil müəllimliyi (ingilis dili və fransız dili) ixtisasına yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilib.
Görüşdə Fakültənin elmi işlər üzrə dekan müavini Könül Həsənova, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos.Pəri Paşayeva, kafedra müdirləri və tyutorlar iştirak ediblər.
Elmi işlər üzrə dekan müavini Könül Həsənova ilk olaraq xarici dil müəllimliyi (ingilis dili və fransız dili) ixtisasına yüksək balla qəbul olunan tələbələri təbrik edib, onlara müəllimlik peşəsinin məsuliyyətindən bəhs edərək bu şərəfli peşənin sirlərini layiqincə öyrənəcəklərinə inamını ifadə edib.
Könül Həsənova bildirib ki, son illərdə yüksək bal toplayan abituriyentlər arasında ən böyük pedaqoji ali məktəb müəssisəsi olan ADPU-nu seçənlərin sayının artması sevindiricidir.
Müəllimlik peşəsinin ağırlığına, məsuliyyətinə və peşə xüsusiyyətlərinin çətinliyinə baxmayaraq gənclərimizin həvəslə və yüksək balla bu peşəni seçməsi bizləri qürurlandırır.

Tələbələrə tövsiyə və təkliflərini verən Könül Həsənova fakültə Tələbə Elmi cəmiyyəti haqqında da onları məlumatlandırıb, fakültədə təhsillə bərabər elmi yaradıcılıqlarını da uğurla inkişaf etdirə biləcəklərini onların nəzərinə çatdırıb.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, dos.Pəri Paşeyeva, kafedra müdirləri dos.Könül Səmədova, dos.Sevda Abbasova, dos.Razim Məmmədov, dos.İradə Kərimova, Xarici Dillər Mərkəzinin müdiri, dos.Ülviyyə Hacıyeva və mərkəzin müdir müavini Günay Alıyeva da tələbələrə xoş arzularını bildiriblər.
Görüşün sonunda tələbələrə fakültə rəhbərliyi tərəfindən kitablar hədiyyə edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search