Previous Next

ADPU-da “İnsan Alverinə yol verməyək” mövzusunda maarifləndirici tədbir keçirilib!

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsinin və ADPU-nun birgə təşkilatçılığı ilə “İnsan Alverinə yol verməyək” mövzusunda tələbələrlə seminar-mühazirə keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev açaraq orta əsrlərdən bəri insanların alqı-satqı predmetinə çevrilməsi, habelə DİN-nin insan alverinə qarşı mübarizə vəziyyətii ilə bağlı iştirakçılara praktik və nəzəri məlumatlar verilmişdir.
Sonra söz insan hüquq və azadlıqları üzrə ekspert, tanınmış hüquqşünas Aydın Kərimov ətraflı mühazirə ilə çıxış etmişdir.
Tələbələrlə diskusiya xarakteri daşıyan tədbir sual-cavabla davam etmişdir. Seminar-mühazirə maraqla dinlənilmiş və sonda xatirə şəkili çəkilmişdir.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin