Previous Next

Pedaqoji Universitetdə Vətən müharibəsi şəhidləri anılıb!

Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Sentyabr – Anım Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin ali təhsil müəssisəsindəki abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyinin və tarixi zəfərimizin memarı olan dahi insanın ruhu ehtiramla yad edilib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun Heydər Əliyev Məktəbinin lektoriyasında keçirilən anım tədbirində universitet rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, profesor-müəllim və tələbələr, o cümlədən qazi tələbələr, valideynlər iştirak ediblər.
Çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, iki il bundan öncə sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildir əzəli torpaqlarımızı işğal altında saxlayan erməni silahlı qüvvələrinin bütün cəhbəboyu başlayan geniş təxribatlarına qarşı qətiyyətli əks-hücum əməliyyatına başladı və çox qısa müddətdə, - cəmi 44 günə bütün torpaqlarımızı düşməndən azad edərək müasir dünya hərb tarixinə silinməz zəfər tarixi yazdılar.
“Bu haqq savaşında 2907 nəfər qəhrəman övladımız şəhid oldu ki, onlar arasında Pedaqoji Universitetin də 13 tələbə-məzunu yer alır. Həmçinin, cari ilin sentyabrında zəfər tarixindən dərs almayan ermənilərin növbəti təxribatlarının qarşısı alınarkən şəhid olmuş 80 hərbi qulluqçumuz arasında ADPU-nun Ağcabədi filialında təhsil almış Namiq Məmmədli də var. Universitet olaraq, şəhidlərimiz, qazi tələbələrimiz və məzunlarımız, şəhid və qazi övladı olan tələbələrimiz daim diqqətimizdədir. Bu ehtiramın göstəricisi kimi “Pedaqoji Universitetin Qəhrəmanları” adlı ensiklopedik toplu hazırlanıb nəşr edilmişdir.” – deyən prof. C.Cəfərov şəhid qanları ilə azad edilən bu vətən üçün peşəkar mütəxəssislərin hazırlanması yolunda ADPU-nun da durmadan çalışdığını vurğulayıb.
Daha sonra ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Mübariz Ağalarlı dəyirmi masa iştirakçıları üçün zəfər tariximizlə bağlı gebiş məruzə edib, ictimai fəal, magistrant İsmayıl Nəsirov isə Pedaqoji Universitet tələbələrinin Vətən müharibəsi dövründəki infomübarizəsindən söz açıb.
Öz növbələrində qazi tələbələrdən Cavid Abdinov, tələbə valideynlərindən “Azərbaycan Bayrağı” ordeni ilə təlif edilən Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Taleh Əliyev də çıxış edərək öz təəssüratlarını bölüşmüş, döyüş yollarından bəhs ediblər. Mövzu üzrə çıxış edən professor Əli Zalov və baş müəllim Əsmət Teymurova da Vətən müharibəsinin misilsiz tarixi zəfər olduğunu qeyd etmişlər

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search