Previous Next

İncəsənət və fiziki tərbiyə fakültəsində 27 Sentyabr – Anım Günü qeyd olunub!

27 sentyabr Azərbaycan tarixinə qanla yazılmış, şanlı qələbəyə gedən yolda canlarından keçərək ölməzliyi qazanmış əbədiyaşar şəhidlərimizin anım günüdür. Bu şanlı gün İncəsənət və fiziki tərbiyə fakültəsinin bugünkü təqvimində xüsusi qeyd olunmuşdur.
Tədbirdə ADPU-nun tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov, fakültə dekanı dos. Laçın Həsənova, dekan müavini s.ü.f.d Anar Fərmayılov, kafedra müdirləri prof. Zemfira Abdullayeva, dos. Yeganə Cəlilova və müəllim heyəti iştirak etmişdir. Tədbir vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış əziz qardaş və bacılarımızın xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Daha sonra prorektor dos. E.Aslanov, Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının müəllimi Tərlan Eyvazov və Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi texnologiyası kafedrasının müəllimi Natiq Əliyev Vətən müharibəsindəki tarixi qələbədən və bu qələbəni bizə bəxş edən əziz şəhidlərimizin xatirəsindən söz açmışlar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search