Previous Next

ADPU-nun Riyaziyyat fakültəsində Vətən müharibəsinin ildönümü münasibətilə toplantı keçirilib!

Sentyabr 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin müəllimləri, tələbə həmkarlar ittifaqının nümayəndələri və fəal tələbələr iştirak etmişdir.
Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad olunmuşdur. Daha sonra açılış nitqi ilə çıxış edən fakültənin dekan müavini Elşad Həmidov vətən uğrunda canından keçən qəhrəman oğullarımız haqqında söhbət açaraq bildirib ki, Vətən müharibəsi şəhidləri arasında ADPU-nun Riyaziyyat fakültəsinin məzunu Qoşqar Ömərov da yer alır.
Riyazi analiz kafedrasının müdiri Bəhram Əliyev II Qarabağ müharibəsində baş verən hadisələrdən, xalqımızın “Dəmir Yumruq” kimi bir olmasından qürurla danışıb, tədbirdə iştirak edən gənclərə arxa cəbhədə olmağın yükünü və vəzifələrini izah etmişdir.
Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Cəmilə Qurbanova və digər tələbələr də çıxış edərək gənclərin sərgərdə və informasiya savaşındakı fəaliyyətlərindən bəhs etmişlər.
C.Qurbanova çıxışında ADPU-nun 100 illiyi münasibəti ilə hazırlanmış “Pedaqoji Universitetin Qəhrəmanları” kitabındakı faktlara müraciət edərək universitetimizin 13 məzununun Vətən müharibəsi şəhidi və 200-dən çox tələbə və məzunun Vətən müharibəsi iştirakçısı olduğunu bildirmişdir.
Sonda ADPU THİK-in Riyaziyyat fakültəsi üzrə sədri Sevinc Ağayeva vətənpərlik mövzusunda şeir səsləndirmiş, fakültə üzrə sədr müavini İlahə Vəliyeva da vətənpərvərlik tərbiyəsinin vacibliyindən danışmışdır.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin