Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 5-9oktyabr 2022 il tarixlərində Bakı Ekspro Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub. Pedaqoji Universitetin stendində universitetin 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitablarla yanaşı professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilib.
Sərgidə ADPU-nun stendinə maraq olduqca çox olub. Respublikanın tanınmış ziyalıları, xaricı ölkə nümayəndələri, kitabsevərlər stendlə yaxından tanış olmuş, onlara universitetin keçdiyi tarixi yol haqqında geniş məlumat verilmiş, ziyarətçilərə universitet haqqında məlumat nəşrləri hədiyyə olunmuşdur.
Qeyd edək ki, universitetin stendini ziyarət edən dünyaca məhşur türk tarixçisi İlbər Ortaylı ADPU-nun tarixi iıə bağlı nəşrləri yüksək qiymətləndirib.
Sərginin son günündə ADPU beynəlxalq kitab sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilmişdir.