Previous Next

Özbəkistanın Termiz Dövlət Universitetinin nümayəndələri ADPU-nun Quba filialını ziyarət ediblər!

Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obidjon Shofiyev və həmin universitetin əməkdaşları və tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialını tanışlıq və əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə ziyarət ediblər.
Səfər zamanı qonaqları ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru f.ü.e.d., professor Mahirə Hüseynova, dosent, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova, p.ü.f.d., Filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, p.ü.f.d., dosent Fəxrəddin Yusifov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin baş mütəxəssisi Nurəngiz Mahmudova müşayiət edib.
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını və Özbəkistan təhsil ictimaiyyətinin nümayəndələrini salamlayıb. O, filialın elm və təhsil üzrə beynəlxalq əlaqələrin qurulması sahəsində ilk addımlarını atdığını qeyd edərək bu şəraiti yaratdığına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərova və ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynovaya minnətdarlığını bildirib.
Daha sonra Özbəkistan və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib və özbəkistanlı tələbələrin ifasında Qarabağ və digər Azərbaycan mahnıları dinlənilib.
Tədbirdə prorektor prof. Mahirə Hüseynova, tanınmış şair Ramiz Qusarçaylı, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış ediblər. Çıxış edənlər hər iki qardaş türk xalqının eyni kökdən gəldiyini, birsoylu dilimizin, ortaq tariximizin, dinimizin, adətlərimizin olduğunu qeyd ediblər və tarixə nəzər salaraq ədəbiyyatşünaslıq, dilçilik, kənd təsərrüfatı və sənaye sahəsində uzunillik əməkdaşlığın mövcudluğundan danışıblar.
Natiqlər 100 illik universitetimizin daim yeniliyə doğru can atdığından, əldə etdiyimiz nəticələrdən, türkdilli universitetlərlə əlaqələrimizdən bəhs edib və öz kökümüzün, soyumuzun üzərində inkişaf etmək üçün yeni addımlar atdığımızı vurğulayıblar.
Tədbirin sonunda çıxış edən Termiz Dövlət Universitetinin prorektoru Obidjon Shofiyev özbək tələbələrin dünya ədəbiyyat xəzinəsinə böyük töhfələr vermiş Nizami Gəncəvi, Füzuli kimi dahi Azərbaycan şairlərini və müasir azərbaycanlı ədibləri sevərək oxuduqlarını, onların Azərbaycan musiqi və muğamlarını dinlədiklərini, özbək xalqının 44 günlük Vətən müharibəsi zamanı qardaş Azərbaycan xalqının yanında olduğunu, uğurlarına sevindiyini qeyd edib və ədəbi-mədəni əlaqələrimizdən danışıb.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search