Previous Next

Məktəblilər ADPU-nun Şamaxı filialında ekskursiyada olublar!

Şamaxı rayonu Şəhriyar qəsəbə A.Babaşov adına tam orta məktəbin məktəb direktoru Nuranə Məmmədovanın rəhbərliyi ilə məktəbin müəllim və şagird kollektivi ADPU-nun Şamaxı filialının qonağı olublar.
Ekskursiya zamanı iştirakçılar filialın həyətyanı sahəsi, tədris binası, strukturları, auditoriyalar və tədris prosesi ilə tanış oldular.
Görüş Heydər Əliyev Lektoriyasında davam etdirildi. Filialın direktoru dosent Tünzalə Yusifova ekskursiya iştirakçılarını salamlayaraq ixtisas seçimi qədər, təhsil alacaqları müəssisəni düzgün seçməyin insan həyatında böyük rol oynadığını qeyd etdi. Ali təhsil sahəsinə, həmçinin müəllimlik peşəsinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdən danışan T.Yusifova gələcək müəllimlərin yetişdirilməsi üçün filialda görülən işlərdən, müasir standartlara cavab verən maddi-texniki və tədris bazasının mövcudluğundam danışdı.
Çıxışdan sonra "Dünəndən bu günə: ADPU Şamaxı filialı -30" filminin nümayişi maraqla qarşılandı.
Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova filialda tələbələrin tədris prosesi və tələbə təşkilatlarında uğur qazanmaları üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.
Tələbələr adından çıxış edən IV tədris ili tələbəsi, adlı təqaüdçü, Tələbə Gənclər Təşkilatının nəzdində Sinema klubun sədri Narınc Cəbrayılova ADPU-nun Şamaxı filialının xüsusən region gənclərinin həyatında mühüm rol oynamasındam bəhs etdi. O, filialın həm təhsil, həm də sosial həyatda uğur qazanmaq üçün doğru seçim olacağını abituriyentlərin nəzərinə çatdırdı və fürsətdən istifadə edərək bütün müəllim heyətinə təşəkkür etdi.
Məktəbin direktoru N.Məmmədova görüşün keçirilməsinə şərait yaradıldığı üçün filial rəhbərliyinə kollektivi adından təşəkkür etdi və universitet-məktəb əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğuladı.
Şagirdlər də öz növbələrində ali təhsil almaq üçün yeni bir motivasiya əldə etdiklərini vurğuladılar.
Görüş filialın şəhid məzunlarının xatirə stendləri önündə davam etdi. 44 günlük Vətən müharibəsi qəhrəmanları hörmətlə yad edildi, məktəblilər vətənpərvər ruhlu şeirlər səsləndirdilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search