Previous Next

Pedaqoji Universitetdə teleaparıcı Jalə Həsənli ilə görüş keçirilib!

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsi və SABAH qruplarının Tələbə Gənclər Təşkilatları (TGT), o cümlədən Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Tarixi anlar medianın gözü ilə” adlı görüş keçirilib.
Görüşün qonağı olan tanınmış teleaparıcı Jalə Həsənli 44 günlük Vətən müharibəsi dövründə qələbə xəbərinin ilk carçısı olaraq keçirdiyi hiss və duyğuları, həmin günlərlə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Sonda Jalə Həsənli aparıcılıq və media fəalliyyəti ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, görüş maraqlı diskussiya ilə davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search