Previous Next

Şamaxı filialında “Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili" layihəsi keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Univüersitetinin (ADPU) Şamaxı filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili" layihəsi çərçivəsində təlim-seminar keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə filialın professor-müəllim heyəti və elmi tədqiqata maraq göstərən tələbələr iştirak edirdilər.
Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, Şamaxı filialını elmi-tədqiqat-innovasiya mərkəzinə çevirmək missiyamıza uyğun olaraq bu kimi tədbirlərə ev sahibliyi etməkdən məmnunluq hissi keçiririk.
Layihənin rəhbəri "Startap layihələrə sosial-iqtisadi dəstək" İctimai Birliyinin sədri Təranə Vəliyeva öz çıxışında layihənin məqsəd və vəzifələri, mövzunun aktuallığı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbir zamanı iştirakçılara açıq elmin mahiyyəti, beynəlxalq miqyasda istifadə olunan platformaların müsbət tərəfləri, resurslardan səmərəli istifadənin öyrənilməsinin gənc tədqiqatçıların gələcək fəaliyyətində öz sahələri üzrə uğur qazanmalarındakı rolundan bəhs edilib.
İctimai birliyin rəsmi nümayəndəsi Anar Vəliyev vurğulayıb ki, layihənin məqsədi elmi tədqiqatları, məlumatları, onların yayılmasını və elmi araşdırmaların nəticələrini cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan etməkdən ibarətdir.
Təlimçi qismində çıxış edən Ruslan Rəhimli akademik yazı qaydaları, beynəlxalq databazalar, müasir standartlar və modellər barədə geniş məlumat verib.
Diskusiya şəraitində davam edən təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search