Previous Next

Şamaxı filialında tədbir: “Qəhrəmanlar unudulmur!”

Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı Tələbə Gənclər Təşkilatının Vətənpərvərlik Departamentinin “Qəhrəmanlar unudulmur!” adlı layihəsi çərçivəsində ilk tədbiri həyata keçirilib. Layihə şəhidlərin xatirəsinin yaşadılması, onların göstərdikləri qəhrəmanlıq və şücaətin təbliğ olunması, şəhidlərin ömür yolu haqqında ictimaiyyətin məlumatlanması məqsədilə həyata keçirilir.
Öncə vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı filialın tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbələri Eyvazlı Kənan, Cahangirov Səid və ibtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Novruzlu Sübhan hazırladıqları təqdimatlar üzrə çıxış etdilər. Daha sonra filialın tələbəsi Cahangirov Səidin şəhid-məzun Orxan Nəbiyevin müəllimi Elyana Nəbiyeva ilə müsahibəsinə həsr olunmuş videoçarx nümayiş olundu.
Qeyd edək ki, şəhidlərimizin ömür yoluna, şücaətlərinə, göstərdikləri qəhrəmanlıqlarına həsr olunmuş layihənin il ərzində davam etməsi nəzərdə tutulur.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin