Previous Next

ADPU-da professor Əbdül Əlizadənin xatirə guşəsinin açılışı olub!

Görkəmli alim, Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Əbdül Əlizadənin 90 illik yubileyi münasibəti ilə uzun illər çalışdığı və rəhbərlik etiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin Ümumi psixologiya kafedrasında xatirə guşəsinin açılışı olub.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, fakültə dekanı dosent Nailə Hüseynova, dekan müavini ped.ü.f.d. Sübdabə İsgəndərova, kafedra müdiri professor Ramiz Əliyev, BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə, psix.ü.f.d. Səbinə Əlizadə və kafedranın əməkdaşları iştirak etmişdir.
Rektor prof. Ə.Əlizadənin Azərbaycan psixologiya elminin inkişafındakı misilsiz xidmətlərindən söz açaraq, onun böyük bir məktəb yaratdığını vurğulamışdır.
Prof. C.Cəfərov qeyd edib ki, ADPU-da görkəmli alimlərin xatirələrini yaşatmaq və onların böyük irsini gənclərə aşılamaq üçün Pedaqoji Universitetdə silsilə tədbirlər, konfranslar təşkil olunur.
Tədbirdə həmçinin prof. R.Əliyevin Ə.Əlizadənin 90 illiyi münasibəti ilə qələmə aldığı “Unudulmayan adam – Əbdül Əlizadə” kitabı da iştirakçılara təqdim olunub.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin