Previous Next

ADPU-da gənclərin informasiya müharibəsində aktiv iştirakçılığı ilə bağlı panel görüş keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbərlərinin “Post-müharibə dövründə gənclərdən olan gözləntilər və informasiya müharibəsində aktiv iştirakçılıq” mövzusunda tələbələrlə panel görüşü keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli Pedaqoji Universitetdə gənclərin sosial şəbəkələrdə səmərəli fəaliyyətinə dəstək vermək məqsədi ilə görülən işlərdən, bu sahədə şöbənin və universitetin gənclər təşkilatlarının fəaliyyətindən danışıb.
NAYORA-nın sədr müavini, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova, təşkilatın İdarə Heyətinin üzvü, Böyük Qayıdış Gənclər İctimai Birliyinin sədri Nail Şükürov, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə və Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin spikerliyi ilə keçirilən görüşdə "Post-müharibə dövründə gənclərdən olan gözləntilər və informasiya müharibəsində aktiv iştirakçılıq" mövzusu üzrə aktiv müzakirələr aparılıb.
Tələbələr müzakirələrdə təkliflərini səsləndirmiş, həmçinin spikerlərə onları maraqlandıran sualları ünvanlayıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search