Previous Next

ADPU-da “Artistan: Burada mədəniyyətə yeni baxış var” adlı tədbir keçirilib!

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə “Artistan: Burada mədəniyyətə yeni baxış var” adlı tədbir keçirilib.
Tədbirdə "Artistan" layihəsi və onun məqsədi, fəaliyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, 2019-cu ilin oktyabrından fəaliyyət göstərən "Artistan" incəsənət platformasının əsas məqsədi Azərbaycan dilində incənətin təbliği və təşviq edilməsidir. Gənclər arasında sənətə marağın yaradılması və asudə zamanın səmərəli keçirilməsinə təkan vermək də layihənin məqsədlərinə daxildir. Təşkilat, həmçinin, müxtəlif opera və tamaşalara, kinoteatr, muzey və digər incəsənət məkanlarına mütəmadi olaraq ekskursiyalar təşkil edir.
Görüşdə tələbələr onları maraqlandıran suallara cavab almış və milli incəsənətimizlə bağlı quizdə iştirak edərək pulsuz tamaşa biletləri əldə etmişlər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin