Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür” mövzusunda görüş keçirilib.
Eyniadlı layihə əsasında keçirilən görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev və Müşfiq Cəfərov, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, Əməkdar jurnalist Azər Həsrət, beynəlxalq ekspert Vəli Əlibəyov, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Lamiyə İsazadə, QHT nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ADPU-nun rektoru professor Cəfər Cəfərovla görüşüb, Universitetdə görülən işlərlə yaxından tanış olublar.
Görüşdə layihə çərçivəsində hazırlanan məlumat kitabçası iştirakçılara təqdim olunub və spikerlər tərəfindən ailə dəyərləri ilə bağlı çıxışlar edilib, tələbələrlə fikir mübailəsi aparılıb.