Previous Next

ADPU SABAH tələbələri bilik yarışmasında qalib oldular!

SABAH qruplarının tələbələri arasında “Şuşa İli”nə həsr olunan bilik yarışmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları tələbələri fəal iştirak edərək həm təhsil, həm də İT istiqamətləri üzrə nailiyyətlər qazanıblar.
Təhsil üzrə bilik yarışmasında iştirak edən 532 tələbədən 111 nəfər ADPU SABAH qruplarının tələbəsidir. Nəticədə riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Məmmədova Nuray Məhər qızı II yer tutmuşdur.
İT üzrə bilik yarışmasında da müxtəlif universitetləri təmsil edən 279 tələbə 93 komandada mübarizə aparmışlar. Onlardan 33 nəfəri ADPU SABAH qruplarını 11 komandada təmsil ediblər.
Finala vəsiqə qazanmış ADPU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrindən ibarət ROOTKİT və QUBİT komandaları da II yerə layiq görülmüşlər.
Komanda üzvləri Muxtarov Davud, Hüseynzadə Nurlan, Poladova Elmira, Bilalova Nərmin, Balaağazadə Rəhiməxanım və Aslanlı Ülkərdən ibarətdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search