Previous Next

Pedaqoji Universitetdə qazilər və şəhid ailələri ilə görüş keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli 68” Ərazi Partiya Təşkilatı (ƏPT) tərəfindən qazilər və şəhid ailələri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
“Ü.Hacıbəyli 68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanov giriş sözü ilə çıxış edərək qeyd edib ki, şanlı zəfərimizi bizə yaşadan şəhid və qazilərimizin irsinin gənc nəsilə aşılanmasında belə tədbirlərin önəmindən danışıb.
Zəfər Günü ilə bağlı videoçarxın nümayiş olunmasından sonra Vətən müharibəsi şəhidləri Tural Məmmədovun bacısı, jurnalist Yasamən Məmmədova, mayor Ramid Hacıyevin həyat yoldaşı Sevinc Hacıyeva, kapitan Həmid Cəfərlinin anası Zemfira Cəfərova və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin “Dəniz pişikləri” dəstəsinin döyüşçüləri, qazilər Vətən Süleymanov və Coşqun Şəfiyev tələbələrlə həmsöhbət olub, öz xatirələrindən söhbət açıblar.
Yekunda ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qonaqlara təşəkkür edib və Pedaqoji Universitetdə gənclərin vətənpərlik tərbiyəsinə xüsusi diqqət ayırıldığını, qazi və şəhid ailələri ilə mütəmadi görüşlərin keçirildiyini diqqətə çatdırıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search