Previous Next

“Vətən qəhrəmanlarını unutmadı, unutmaz!” adlı elmi-praktik konfrans!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də “Vətən qəhrəmanlarını unutmadı, unutmaz!” adlı elmi-praktik konfrans olub. Konfransda filialın professor-müəllim heyəti və tələbələri ilə birgə Vətən müharibəsi şəhidlərinin valideynləri və qazilər də iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq, 44 gün davam edən müharibədə Ali Baş Komandanın misilsiz sərkərdəlik, rəhbərlik qabiliyyətindən, müzəffər ordumuzun və xalqın dövlət başçısının ətrafında birliyindən danışıb. Qeyd olunub ki, bu qələbədə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımızın qəhrəman oğulları Vətən yolunda bir an belə tərəddüd etmədən canlarını qurban verib, ən ali zirvəyə - şəhidlik zirvəsinə ucalıblar. Sonra şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Filialın İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) şöbəsinin Zəfər Günü münasibətilə hazırladığı videoçarxın nümayişindən sonra elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyevin “8 noyabr - Vətən müharibəsində zəfərin şanlı salnaməsidir”, Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d., b.m. Vüsal Baxışovun “Azərbaycan ordusunun Qarabağ zəfəri yeni dövrün qəhrəmanlıq dastanı kimi”, həmin kafedranın baş müəllimi Tahir Məhərrəmovun “Ali baş komandan, prezident İlham Əliyevin Qarabağ zəfərində tarixi rolu” mövzularında məruzələri dinlənilib.
Tədbirdə iştirak edən qonaqlardan şəhid Toğrul Nağıyevin anası Əntiqə Nağıyeva, şəhid Cavidan Abduləzizovun anası Xatirə Abduləzizova, Vətən müharibəsi qazisi Rəşid Rəşidov çıxış edərək, Zəfər Gününün bütün Azərbaycan xalqının qürurlandığı gün olduğunu bildirib, ali baş komandanın həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətdən, qələbənin qazanılmasında dövlət rəhbərinin ərtafında xalq və ordunun dəmir yumruq kimi birləşməsindən, igid oğullarımızın göstərdiyi rəşadətdən danışıblar. Bildirilib ki, bu sevinci bizə yaşadan şəhidlərimizin əziz xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.
Tədbirdə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Zəfər kuboku uğrunda keçirilən “Xarıbülbül” adlı bilik yarışının qalibi olmuş “ELYSİUM” komandasının üzvlərinə və filialın təşkil etdiyi “Şuşa Qarabağın baş tacıdır” adlı esse müsabiqəsində I, II, III və həvəsləndirici yerə layiq görülmüş tələbələrə diplomlar təqdim olunub.
Konfransdan sonra tələbələr musiqili-bədii proqramla çıxış ediblər. Tələbələrin ifasında təqdim olunmuş vətənpərvərlik mövzusunda şeir və mahnılar, rəqslər alqışlarla qarşılanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search