Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov TÜRKSOY-da olub

İşgüzar səfər çərçivəsində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru. professor Cəfər Cəfərov TÜRKSOY-da olub.
Onu müşayiət edən ADPU-nun akademik və idarəçilərindən ibarət nümayəndə heyəti ilə TÜRKSOY-un Baş Katibliyində olan Cəfər Cəfərovu TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və əməkdaşları qarşılayıb.
Konfrans zalında keçirilən görüşdə rektor C.Cəfərov TÜRKSOY-un gördüyü işlər haqqında məlumat alıb və bildirib ki, ötən il 100 illik yubileyini qeyd edən və bu günə kimi 160 mindən çox məzunu olan ADPU ilə Türk dünyasının ilk beynəlxalq təşkilatı olan TÜRKSOY arasında möhkəm əməkdaşlıq əlaqələrinin günü-gündən gücləndiyini söylədi. O, bu əməkdaşlığa mühüm töhfə kimi Azərbaycanda ilk dəfə və yalnız Pedaqoji Universitetdə açılan TÜRKSOY Mərkəzinin əhəmiyyətini vurğuladı.
Elçin Qafarlı təşkilatın Azərbaycanla bağlı fəaliyyətlərində ADPU-nun TÜRKSOY Mərkəzinin mühüm rola malik olduğunu vurğulayıb. ADPU-nun TÜRKSOY Mərkəzinin fəaliyyətə başladığı 2017-ci ildən indiyədək bir çox uğurlu işlərin həyata keçirildiyini qeyd edən Qafarlı qarşıdakı dövrdə bu əməkdaşlığın daha da artacağını vurğulayıb. E.Qafarlı qeyd edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi, Azərbaycanın ümmummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi, TÜRKSOY-un 30 illiyi və Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı ortaq layihələrin keçiriləcək.
Görüş iki qurumun nəşr etdiyi yeni əsərlərin tərəflərə təqdim olunması ilə yekunlaşı

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin