Previous Next

Pedaqoji Universitetin Quba filialında Konstitusiya Günü münasibətilə intellektual yarış keçirilib!

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (ADPU Quba) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə filialın tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Yarışda filialın hər iki fakültəsi üzrə 10 komandada ümumilikdə 50 tələbə mübarizə aparıb. Finalda "Qladiator", "Miracle", "Yurd" və "Sirius" komandaları mübarizə aparıb. Gərgin mübarizənin yekununda "Sirius" komandası yarışı qalib kimi başa vurub.
"Sirius" komandasının tərkibində filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələrindən Məhəmməd Hacıbalayev, Aytac Ağazadə, Nübar Məmmədova, Qızılgül Tağıyeva və Ələkbər Babayev mübarizə aparıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search