Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Hacettepe Universiteti arasında anlaşma memorandomu imzalandı

zərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində növbəti görüş Hacettepe Universitetinin rəhbərliyi ilə keçirilib.
Əvvəlcə, heyətlərin tanışlıq görüşü keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub. Növbəti görüşdə isə ADPU nümayəndə heyəti Hacettepe Universitetinin Təhsil fakültəsində olub, burada təlim-tədris şəraiti ilə bağlı ətraflı məlumat alıblar.
Görüşdə Pedaqoji Universitet tərəfindən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Hacettepe Universitetindən isə rektor prof. Mehmet Cahit Guran, prorektor prof. Vural Gökmen və Xarici əlaqələr şöbəsinin müdiri prof. Selim Latif Sanin iştirak ediblər.
Məhsuldar görüşün yekununda rektorlar tərəfindən gələcək akademik və tələbə mübadiləsi, habelə elmi-pedaqoji əməkdaşlıq imkanlarını əhatə edən anlaşma memorandumu imzalanıb.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin