Previous Next

Şəhid Turqut Xəlilbəylinin ailəsi ziyarət olunub

Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (AKT) nəzdində fəaliyyət göstərən Kitab klubun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Turqut Xəlilbəylinin ailəsi ziyarət olunub.
Şəhidin ailə üzvləri tərəfindən tələbələrə Turqut Xəlilbəylinin keçdiyi şərəfli döyüş yolu və xatirələrindən bəhs edilmiş, onun Vətənə olan məhəbbətinin tükənməzliyi vurğulanıb. Daha sonra tələbələrin iştirakı ilə şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış şəhid bulağı ziyarət olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım etmiş, xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search