Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (AKT) Filologiya fakültə təşkilatı tərəfindən “Getdik yaşamağa” adlı psixoloji təlim keçirilib.
Təlimçi ADPU-nun Ümumi psixologiya kafedrasının müəllimi, dissertant, praktiki psixoloq Gülər Məmmədova tələbələrə gənclərin aktual psixoloji problemlərindən, həmin problemlərdən çıxış yollarından bəhs etmiş, valideyn-övlad münasibətləri, şəxsiyyət problemi məsələlərinə toxunmuş və tələbələrin suallarını cavablandırmışdır.