Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi pedaqogika kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Socio-cultural problems of education in the modern period” (“Müasir dövrdə təhsilin sosial-mədəni problemləri”) adlı monoqrafiyası Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis, alman, fransız, italyan, portuqal və rus dillərində nəşr olunub.
Monoqrafiyada postsənaye cəmiyyətin ümumi səciyyəsindən, informasiya cəmiyyətində təhsilin başlıca inkişaf istiqamətlərindən, müasir dünyada gedən qloballaşma və modernləşmə proseslərinin mahiyyətindən, informasiya mədəniy¬yəti və təhsil islahatlarının sosiomədəni amillərindən, Azərbaycan təhsilinin sosiomədəni ənənələrindən, Avropa təhsil məkanına inteqrasiya kontekstində Azərbaycan təhsilinin modernləşməsinin sosiomədəni problemlərindən, Boloniya prosesi konsepsiyasının həyata keçirilməsinin milli-mədəni xüsusiyyətləri və perspektivlərindən bəhs edilir.
Monoqrafiya müəllimlər, magistrantlar, doktorantlar, tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Xatırladırıq ki, müəllifin "Sociocultural Fundamentals of Education" (“Təhsilin sosiomədəni əsasları”) adlı monqrafiyası 2020-ci ildə “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis dilində çap edilmiş, 2021-ci ildə isə Latın Amerikası, Rusiya və Avropanın 10 ölkəsinin (alman, ispan, fransız, italyan, holland, polyak, moldovan, çex, portuqal və rus) dillərinə tərcümə olunaraq oxuculara təqdim olunub.