Previous Next

ADPU-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı təsdiq olunub

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
Elmi Şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək Pedaqoji Universitetin növbəti strateji inkişaf planının hazırlanması, habelə, yeni hədəflər istiqamətində aparılan ardıcıl fəaliyyət haqqında məlumat verərək, tədris prosesinə istedadlı və ixtisaslı gənc kadrların cəlb olunması, universitetdaxili, digər tərəfdaş və maraqlı qurumlar, habelə müxtəlif layihələr üzrə ümumrespublika müntəzəm təlim proqramlarının həyata keçirilməsini diqqətə çatdırıb.
Rektor bildirib ki, Universitetin ikinci yüzillik strategiyasında hərtərəfli yenilənmə və rəqabətqabiliyyətlilik kimi meyarlar əsas alınacaqdır. Prof. C.Cəfərov deyib ki, göstərilən hədəflərə çatmaqda növbəti il keçiriləcək institusional akkreditasiyanın böyük önəmi var, bununla belə müvafiq strukturların müvafiq sahə üzrə beynəlxalq akkreditasiya proqramlarını tədqiq etmələri və müvafiq təkliflər paketi hazırlamaları tövsiyyə olunur.
Rektor Türkiyəyə işgüzar səfərini xatırladaraq, qeyd edib ki, ali təhsil müəssisəsinin inkişafında xarici əlaqələrin, xüsusən, qardaş Türkiyənin ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi, ikili proqramların icrası mühüm əhməiyyət kəsb edir.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2022/2023-cü tədris ilində ADPU-da keçiriləcək institusional akkreditasiya prosesinə hazırlıq barədə məruzə edərək, universitetin prosesdə yüksək səviyyədə təmsil olunaraq yeni imkanlar əldə edəcəyinə əminliyini ifadə edib.
Sosial və humanitar məsələlər üzrə prorektor pfofessor Fikrət Rzayev isə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-nun Tədbirlər Planı haqqında məruzə edib.
Şuranın iclası əməkdaşların yeni dərs vəsaitlərinin nəşrinin və tədrisə dair bir neçə məsələnin müzakirəsi ilə davam etdirilib.
Yekunda Elmi Şura institusional akkreditasiya ilə bağlı təklif olunan tərkibdə Təşkilat Komissiyasının yaradılması və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-nun Tədbirlər Planının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin