Previous Next

ADPU-da seminar: Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, o cümlədən ozon təbəqəsinin mühafizəsi

Noyabrın 22-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, o cümlədən ozon təbəqəsinin mühafizəsi” mövzusunda maarifləndirici seminar keçirilib.
ADPU-nunTədris departamentinin Məzun, Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova giriş sözü ilə çıxış edərək seminarın mövzusu və ekspertlər haqqında məlumat verdikdən sonra, Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri dosent Fuad Hümbətov və Xidmətin İqlim dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova “İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan Respublikasının fəaliyyəti, COP27 İqlim sammiti” mövzusunda, İqlim dəyişmələri Mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva isə “İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri: Senday çərçivəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
ADPU-nun coğrafiyaçı alimləri və tələbələr tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən təşkilati dəstəyə görə ADPU-nun rəhbərliyinə və seminarda fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search