Previous Next

Pedaqoji Universitetdə Şuşanın tarixi və ədəbi-mədəni mühitinə həsr olunan yeni kitabların təqdimatı keçirilib

Noyabrın 23-də Azərbaycan Dövlət Peaqoji Universitetində (ADPU) Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Şuşa ədəbi-mədəni mühiti” mövzusunda elmi seminar və kitab tədimatı keçirildi.
Kafedra müdiri dosent Naibə Əhmədova giriş sözü ilə seminarı açaraq bildirdi ki, kafedranın bugünkü elmi seminarı “Şuşa ili” çərçivəsində keçirilən silsilə tədbirlərin növbətisidir.
Şuşa ədəbi-mədəni mühitinin yetirmələrinin öz şəxsiyyətləri və fəaliyyətləri ilə Azərbaycan elminə, ictimai fikir tarixinə verdiyi töhvələrdən bəhs edən dos. N.Əhmədova bu mövzuda elmi seminarın professor-müəllim heyəti və tələbə auditoriyası üçün elmi əhəmiyyətini vurğuladı.
Seminarda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Şuşa ili"nə həsr etdiyi layihə çərçivəsində "1905.az" portalı ilə birgə nəşr etdiyi yeni elmi əsərlərin təqdimatı keçirildi.
Ümumi tarix və tarixin tədrisi texnlolgiyası kafedrasının dosenti Afaq Priyeva “Şuşa. Müxtəsər tarix (1752-2022)”, Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov “Bizim Şuşa (söhbətlər)”, həmin kafedranın baş müəllimi Cəfər Xanəliyev isə “Şuşa. Ədəbi-mədəni mühit” kitabları haqqında müəllim və tələbələr üçün təqdimatlarla çıxış etmiş, Assosiasiya və 1905.az portalının layihəsi çərçivəsində mütəxəssislər tərəfindən ərsəyə gətirilən bu qiymətli əsərlərin mədəniyyət paytaxtımız Şuşanın tarixi və bu gününə mənbələrin işığında qısa ekskurs etməyə imkan verdiyini vurğulayıblar. Qeyd olunub ki, hazırda Şuşa yeni çiçəklənmə dövrünü yaşayır, burada dövlətimiz nəhəng mədəni layihələr  gərçəkləşdirir. ADPU-nun tarixçi alimləri də bu prosesləri diqqətlə izləyərək, yenilikləri tədrisə tətbiq etməyə, habelə, Zəfər tariximizə yeni töhfələr verməyə səy edirlər.
Tədbir əsərlərin müzakirəsi ilə davam edib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin