Previous Next

ADPU əməkdaşları üçün keçirilən beynəlxalq təlim kursu yekunlaşıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Yamayka və Karib hövzəsi regional institutlarında media dərəcəsini bitirmiş, Londonda nüfuzlu UCL IOE-də magistr dərəcəsi və Honq Konq Universitetinin Təhsil fakültəsində PhD dərəcəsi almış təlimçi Dr. Nadine Muschette tərəfindən 3 aylıq “Tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda təlim keçirilmişdir. Təlimdə ADPU-nun professor-müəllim heyəti iştirak etmişdir.
Təlimin əsas mahiyyəti praktiki təlim və tədqiqat məqalələrinin yazılması və resenziyalı jurnallarda dərc olunması üçün iştirakçılara dəstək vermək, tədqiqat məqaləsinin hər bir bölməsi haqqında anlayışlarını gücləndirmək üçün AIMRDC (Abstrakt, Giriş, Metodologiya, Nəticələr, Müzakirə, Nəticə) məqalə strukturu ilə tanış olmaqdır.
Təlimin sonunda qiymətləndirmə üçün müdavimlər təlimçiyə məqalə təqdim edərək uyğun jurnalların seçilməsi ilə bağlı müzakirələr aparıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search