Previous Next

İslam Gülmalıyevin fərdi sərgisi keçirilir

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü İslam Gülmalıyevin 60 illiyi münasibəti ilə “60 ilin hesabatı” adlı fərdi rəsm sərgisinin açılış olub.
Sərginin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Qeyd edək ki, rəssam-pedaqoq İslam Gülmalıyev 1984-1989-cu illərdə ADPU-nun Bədii qrafika fakültəsində təhsil alıb və 30 ildən çoxdur ki, pedaqoqluqla yanaşı müstəqil yaradıcılıqla da məşğuldur. Rəssamın, əsasən, realizm üslubunda olan müxtəlif mövzulardakı, habelə vətənpərvərlik mövzusundakı əsərləri müxtəlif sərgilərdə nümayiş olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search