Previous Next

ADPU-da Fikrət Əmirovun 100 illiyi münasibəti ilə konsert keçirilib

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində musiqi müəllimliyi ixtisasında təhsil alan tələbə və müəllimlərin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, AMEA-nın müxbir üzvü, dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Açılış nitqi ilə çıxış edən Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva Fikrət Əmirovu Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, milli musiqimizin tarixinə parlaq səhifələr yazmış dahi sənətkar kimi səciyyələndirərək, bəstəkarın yardıcılığı haqqında dinləyicilərə qısa məlumat verdi.
Konsertdə bəstəkarın fortepiano, tar, klarnet üçün bəstələdiyi instrumental əsərlər, “Sevil”” operasından, “Min bir gecə” baletindən parçalar, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi nümunələri səsləndirildi. Konsert F.Əmirovun “Odlar ölkəsi” xorunun sədaları iıə sona çatdı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search