Previous Next

Universitetdə institusional akkreditasiya ilə bağlı görüşlər davam edir

2023-cü ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) institusional akkreditasiya həyata keçiriləcək. Bununla əlaqədar universitetin Elmi şurasında müzakirələr aparılmış və şuranın müvafiq qərarına əsasən, akkreditasiyaya hazırlıq məqsədi ilə müxtəlif struktur bölmlələrini əhatə edən təşkilat komissiyası yaradılmışdır. Bundan başqa, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkilat komissiyasının üzvləri və müvafiq struktur rəhbərləri üçün akkreditasiyaya hazırlıq və universitetin özünütəhlil hesabatının hazırlanmasına dəstək məqsədi ilə müəyyən olunmuş qrafik üzrə təlimlər təşkil edilir.
Dekabrın 5-də elmi-tədqiqat istiqaməti üzrə müvafiq struktur bölmə rəhbərləri və işçi qrupu ilə növbəti görüş təşkil edilmişdir. Çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov institusional akkreditasiya prosesinin əhəmiyyətindən, universitetin elmi-tədqiqat strategiyasından danışmış və Elmi şurada bununla əlaqədar təqdim edilmiş təqdimatlar əsasında qəbul olunmuş qərarı yenidən diqqətə çatdırmışdır.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov özünütəhlil hesabatlarının hazırlanması zamanı istifadə olunan əsas meyarlarla iş və qiymətləndirmə prosesi haqqında məlumat vermiş və işçi qrupun müvafiq istiqamət və onlara uyğun göstəricilər ilə bağlı suallarını cavablandırmışdır. Daha sonra işçi qrup arasında müvafiq iş bölgüsü aparılmış və cari vəziyyət müzakirə olunmuşdur.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin