Previous Next

ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin tələbələri “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası” fənni üzrə növbəti dərsini Azərbaycan Tibb Universitetinin (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının nəzdində olan muzeydə keçiblər.
Fənn müəllimi Səadət Qəmbərovanın rəhbərliyi ilə keçirilən praktik dərsdə ATU-nun “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının müəllimi Ramilə Babayeva muzeydə olan çoxlu sayda uşaq orqanizminə aid eksponatlar haqqında ingilis dilində informasiya verib.
Əyani formada tədrisin aparılması, keçilən nəzəri materialların daha yaxşı mənimsənilməsi və təhsilin keyfiyyətinə nəzrarətin gücləndirilməsi məqsədi ilə dərsdə İbtidai təhsil fakültəsinin dekan müavini Afət Həsənova da iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search