Previous Next

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Pedaqoji Universitetdə infosessiya keçirib

Dekabrın 9-da Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr üçün infosessiya keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev sessiyanın keçirilməsinin tələbələr üçün əhəmiyyətini vurğulamış, öz təşəkkürünü bildirmişdir.
Qoşulmama Hərəkatının Gənclər Təşkilatı, onun məqsədi və əhəmiyyəti haqqında tələbələrə məlumat verən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Leyla Məmmədzadə və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə təşkilatla bağlı tələbələrin suallarını cavablandırmışdırlar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin