Previous Next

ADPU Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

 

Dekabrın 15-də Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Firuza İkramxanova, Dünya tarixi kafedrasının professoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov və mətbuat katibi Nigora Muratova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ziyarət ediblər.
Nümayəndə heyəti ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovla görüşüblər. Görüşdə həmçinin rektorun köməkçisi Riyad Rüstəmli və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova iştirak ediblər.
Görüş zamanı ortaq tarixi, dini və dili olan türk dövlətlərinin ali məktəbləri arasında münasibətlərin önəmliliyi vurğulanıb, elmi əlaqələrin qurulması, akademik və inzibati heyətin, tələbə və doktorantların qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub. Görüşdə universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Daha sonra qonaqlar ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri p.f.d. Xalidə Həmidova ilə görüşərək mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar, universitetin binası, mərkəzləri və auditoriyaları ilə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search